İtaliyanın “Verona” klubu heyətini yeni futbolçi ilə gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi Niderland “Qroningen”indən Siril Nqonqeni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı vingerlə 6 ay + 2 illik müqavilə imzalanıb.
Nqonqe Belçikanın “Brügge” klubunun yetirməsidir. Niderlandın PSV klubunun əvəzedicilərində, həmçinin “Valveyk”də də oynayıb. Belçikalı yarımmüdafiəçi 2021-ci ilin iyulundan formasını geyindiyi “Qroningen”də 46 oyuna 11 qol vurub. O, Belçikanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynayıb.
“Verona” yarımmüdafiəçisi Mateuş Praşeliki də “Kozentsa”ya icarəyə göndərib. 22 yaşlı futbolçu bu mövsümün sonunadək icarədə oynayacaq. Polşalı futbolçu 2022-ci ilin yanvarında “Verona”ya transfer olunsa da, bu komandada cəmi 2 matça çıxıb