26 oktyabr 2024. Şənbə

Lester Siti onun üçün danışıqlar aparır


  • Transfer
  • 19:21 29.01.2023
  • Oxunma sayı: 56
Lester Siti onun üçün danışıqlar aparır

Donetsk “Şaxtyor”una məxsus olan və Fransanın “Lion” klubunda çıxış edən Tete karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.Az xarici KİV-ə istinadən xəbər verir ki, “Lester” 22 yaşlı hücumçunun transferinin reallaşması üçün danışıqlarını davam etdirir.

“Lion” braziliyalı futbolçu 2022-ci ilin mart ayının sonunda “Şaxtyor”dan icarəyə götürüb. Klublar öncə futbolçunun 30 iyun 2022-ci ilə qədər Fransa klubunda çıxış etməsi ilə bağlı razılaşıblar. Daha sonra isə icarənin müddəti daha bir il uzadılıb.

Tete Fransa klubunda cari mövsümdə 17 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib. 







Transfer