6 iyul 2026. Bazar ertəsi

Barselona Dembele'ni itirdi


  • Transfer
  • 19:42 29.01.2023
  • Oxunma sayı: 121
Barselona Dembele'ni itirdi
İspaniyanın “Barselona” klubu ciddi itki ilə üzləşib. Corner.az xəbər verir ki, Kataloniya təmsilçisinin fransalı hücumçusu Usman Dembele sıradan çıxıb.
 
Fransalı futbolçu La Liqanın 19-cu turu çərçivəsində baş tutan “Jirona” ilə oyunda zədələnib.
 
Dərhal tibbi müayinədən keçirilən 25 yaşlı futbolçunun ombasından aldığı zədənin ciddi olduğu müəyyənləşib. Bu üzdən onun azı üç həftə yaşıl meydanlardan kənarda qalacağı diqqətə çatdırılıb.






Transfer