26 oktyabr 2024. Şənbə

Braziliyalı qapıçı üçün Qarabağ'a 'yox' dedilər


  • Transfer
  • 11:43 30.01.2023
  • Oxunma sayı: 218
Braziliyalı qapıçı üçün Qarabağ'a  'yox' dedilər
Qapıçı axtarışlarını davam etdirən “Qarabağ” bu dəfə “Aris”in qapıçısı Vana Alvesi hədəfə alıb. Corner.az xəbər verir ki, bu barədə Kipr mətbuatı məlumat yayıb.
 
Artıq Ağdam klubunun 32 yaşlı qolkiper üçün qarşı tərəfə təklif göndərdiyi də vurğulanıb. Azərbaycan çempionunun sərfəli təklifinə baxmayaraq, limassollular bu təklifə  “yox” deyiblər. “Aris” rəhbərliyi bir neçə klubun maraq dairəsində olan braziliyalı qapıçısını komandada saxlamaq istəyir.
 
Qeyd edək ki, Vana Alves 2021-ci ildən “Aris”də çıxış edir.






Transfer