26 oktyabr 2024. Şənbə

Ekvador yığmasının hücumçusu Super Liqa klubunda


  • Transfer
  • 13:03 30.01.2023
  • Oxunma sayı: 85
Ekvador yığmasının hücumçusu Super Liqa klubunda
“Sivasspor” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi Ekvador yığmasının hücumçusu Xordi Kaysedonu heyətinə cəlb edib.
 
25 yaşlı forvard Meksikanın “Tiqres UANL” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Kaysedo 2022-ci ilin iyul ayında 2.5 milyon avro qarşılığında Bolqarıstanın ÇSKA (Sofiya) klubundan “Tiqres UANL” komandasına keçib. O, Meksika təmsilçisində 16 oyuna 1 qol vurub. Daha öncə “Universidad Katolika”, “El Nasional”, “Vitoriya” kimi klublarda da forma geyinmiş futbolçu Ekvador millisində 10 oyuna 2 qol vurub.






Transfer