26 oktyabr 2024. Şənbə

Türkiyə millisinin üzvü Qalatasaray'da


  • Transfer
  • 22:18 30.01.2023
  • Oxunma sayı: 84
Türkiyə millisinin üzvü Qalatasaray'da

Türkiyənin "Qalatasaray" klubu İtaliya "Sassuolo"sunda çıxış edən Kaan Ayhanı icarəyə götürüb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi cari mövsümün sonunadək İstanbul təmsilçisinin formasını geyinəcək. "Sarı-qırmızılılar" Türkiyə millisinin üzvü üçün qarşı tərəfə 400 000 avro təzminat ödəyib.

Klub yayda təcrübəli oyunçunu 2,8 milyon avro təzminat qarşılığında birdəfəlik transfer etmək hüququna da sahib çıxıb.

Qeyd edək ki, Kaan Ayhan daha əvvəl Almaniyanın "Şalke", "Ayntraxt" və "Fortuna" komandalarında da çıxış edib.







Transfer