- Transfer
- 18:40 23.11.2024
Atletiko'un prezidenti Enrike Sereso futbolçusu Antuan Qrizmann haqda danışıb.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri fransalı oyunçunun bu yay Madrid təmsilçisindən ayrılacağını açıqlamasına baxmayaraq, onun üçün rəsmi təklif almadıqlarını deyib: "Barselona"dan Qrizmann üçün təklif almamışam. O, hara gedəcək, bilmirəm. Bununla bağlı heç bir fikrim yoxdur. Qrizmannın "Atletiko"da əla gələcəyi var idi. Qərarına hörmət edirik".
Qeyd edək ki, Kataloniya klubunun futbolçularının Qrizmannın transferinə qarşı olduğu iddia olunur.