1 aprel 2026. Çərşənbə

Cennaro Qattuzo istefaya göndərildi


  • Transfer
  • 22:49 30.01.2023
  • Oxunma sayı: 110
Cennaro Qattuzo istefaya göndərildi

İspaniya "Valensiya"sı baş məşqçisi Cennaro Qattuzonu istefaya göndərib.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 45 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

İtaliyalı çalışdırıcı ilə yolların ayrılmasına "yarasalar"ın cari mövsümdə uğursuz çıxış etməsi səbəb olub. Hazırda La Liqada 20 xalla 16-cı pillədə qərarlaşan sözügedən komanda həmçinin Kral Kubokunda mübarizəni dayandırıb.

Qeyd edək ki, Cennaro Qattuzo ötən ilin iyununda "Valensiya"nın sükanı arxasına keçmişdi.







Transfer