18 may 2026. Bazar ertəsi

Super Liqa klubunda nigeriyalı hücumçu


  • Transfer
  • 10:03 31.01.2023
  • Oxunma sayı: 128
Super Liqa klubunda nigeriyalı hücumçu
Türkiyənin “Ümraniyəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi Nigeriya millisinin və Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun hücumçusu Olarenvaju Kayodeni heyətinə cəlb edib.
 
29 yaşlı forvard bu mövsümün sonuna kimi icarə əsasında bu komandada çıxış edəcək.
 
Kayode daha öncə icarə əsasında Türkiyənin “Qaziantep” və “Sivasspor” klublarında da çıxış edib. “Şaxtyor”a 2018-ci ildə “Mançester Siti”dən transfer olunmuş nigeriyalı forvard “Jirona”, “Austria” (Vyana), “Makkabi” (Netanya), “Lutsern”, “Mimosas” kimi klubların da formasını geyinib.






Transfer