- Transfer
- 21:53 26.11.2024
İtaliyanın "Yuventus" klubu futbolçusu Anxel Di Mariyanın müqaviləsini yeniləməyəcək.
Corner.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi növbəti mövsümdə maaşları azaltmaq istədiyi üçün bu addımı atır.
"Qoca sinyora" 35 yaşlı yarımmüdafiəçiyə yeni sözləşmə təklif etməyəcək.
Qeyd edək ki, Anxel Di Mariya 2022-ci ilin yayından "Yuventus"da çıxış edir. Onun sözləşməsi yayda başa çatacaq. Argentina millisinin üzvü ötən il Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.