- Transfer
- 21:53 26.11.2024
"Neftçi"nin sabiq futbolçusu Harramiz Soares Portuqaliya "Farense"nindən göndərilib.
Corner.az məlumatına görə, 33 yaşlı hücumçunun sözləşməsi ləğv edilib.
"Flaqmanlar"ın digər keçmiş oyunçusu Denilson Pereyra isə klubunu dəyişib. 28 yaşlı forvard Portuqaliyanın əsas liqasında çıxış edən "Famalikan"a keçib. Braziliyalı oyunçu son olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Hatta" komandasının şərəfini qoruyub.
Qeyd edək ki, Denilson Pereyra 2016-cı ildə, Harramiz Soares isə 2021/2022 mövsümündə "Neftçi"nin formasını geyinib. Soares paytaxt təmsilçisindən ayrılandan sonra klubu FIFA-ya şikayət etsə də, müsbət cavab ala bilməyib.