“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker karyerasını “Fənərbaxça”da davam etdirəcək. Corner.az “A Sport”a istinadən xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola futbolçunun xidmətində maraqlı deyil və onun gedişinə mane olmayacaq.
Uolker özü də karyerasında yeni mərhələyə başlamağın əleyhinə deyil. “Fənərbaxça”nın futbolçuya 7 milyon avro təklif edəcəyi gözlənilir. Komanda rəhbərliyi ümid edir ki, Kaylın transferi cari mövsümdə “Qalatasaray”la çempionluq uğrunda mübarizə aparmağa kömək edəcək.
Futbolçunun ingilis klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. O, 2017-ci ildən “Mançester Siti”də çıxış edir.