26 oktyabr 2024. Şənbə

Joao Kanselo Bundesliqa nəhəngində


  • Transfer
  • 16:08 31.01.2023
  • Oxunma sayı: 101
Joao Kanselo Bundesliqa nəhəngində
“Mançester Siti”nin müdafiəçisi Joao Kanselo karyerasını “Bavariya”da davam etdirəcək. Corner.az xəbər verir ki, Bundesliqa nəhəngi 29 yaşlı sağ cinah oyunçusu mövsümün sonuna qədər icarəyə götürüb. Tərəflər arasında razılığa əsasən, almanlar yayda 70 milyon avro ödəyərək onu birdəfəlik transfer etmək hüququna malik olacaq.
 
Qeyd edək ki, 2019-cu ildən “Mançester Siti”də çıxış edən Portuqaliya millisinin üzvü cari mövsüm 26 oyun keçirib, 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.






Transfer