27 noyabr 2024. Çərşənbə

Qalatasaray onunla müqaviləsini ləğv etdi


  • Transfer
  • 21:47 31.01.2023
  • Oxunma sayı: 81
Qalatasaray onunla müqaviləsini ləğv etdi

Türkiyə "Qalatasaray"ı cari mövsümün əvvəlində Portuqaliya "Benfika"sından icarəyə götürdüyü Haris Seferoviçin müqaviləsini ləğv edib.

Corner.az klubun rəsmi saytına istinadən məlumatına görə, 30 yaşlı hücumçu ilə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verilib.

İstanbul təmsilçisindən ayrılan isveçrəli oyunçu İspaniyanın "Selta" klubu ilə anlaşıb.

Qeyd edək ki, Haris Seferoviç bu mövsüm "Qalatasaray"ın heyətində 13 oyuna 2 qol vurub.







Transfer