7 aprel 2026. Çərşənbə axşamı

Keylor Navas Premyer Liqa klubunda


  • Transfer
  • 10:06 01.02.2023
  • Oxunma sayı: 115
Keylor Navas Premyer Liqa klubunda
PSJ-nin qapıçısı Keylor Navas karyerasını İngiltərədə davam etdirəcək. Corner.az xəbər verir ki, Kosta-Rika millisinin qolkiperi “Nottingem Forest”ə transfer olunub.
 
37 yaşlı futbolçunun müqaviləsində hərtərəfli razılıq əldə edilib. Ancaq transferin təfərrüatları barədə hələlik məlumat verilməyib. İngilislər daha əvvəl Navası icarəyə götürməyi planlaşdırırdılar. Lakin sonda tərəflər birdəfəlik transferdə ortaq məxrəcə gəliblər.
 
Qeyd edək ki, 2019-cu ildən PSJ-nin formasını geyinən Keylor Navas cari mövsüm cəmi 2 oyunda çərçivəni qoruyub.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi