26 oktyabr 2024. Şənbə

Yusuf Laval Aruka'nı seçməsinin səbəbini açıqladı


  • Transfer
  • 10:34 01.02.2023
  • Oxunma sayı: 105
Yusuf Laval Aruka'nı seçməsinin səbəbini açıqladı
“Neftçi”ni “Aruka”ya dəyişən Yusuf Laval transferinə münasibət bildirib. Corner.az xəbər verir ki, Portuqaliya mətbuatına danışan nigeriyalı hücumçu yeni komandasında uğurlu çıxış edəcəyinə inandığını bildirib.
 
25 yaşlı ön xətt oyunçusu hədəfinin hazırda ölkə çempionatında 7-ci yerdə qərarlaşan yeni komandası ilə daha yüksək nəticələr əldə etmək olduğunu bildirib:
 
“Aruka” azarkeşləri ilə çox sıx əlaqəyə malik gözəl klubdur. Buna görə də, buranı seçdim. Komandaya mümkün olan ən yaxşı nəticəyə nail olmaqda kömək etmək istəyirəm. Əlimdən gələni edəcəyəm və komanda üçün mübarizə aparacağam”.
 
Qeyd edək ki, Yusuf Laval cari mövsüm “Neftçi”nin heyətində Premyer Liqada keçirdiyi 18 oyunda 1 qol vurub.






Transfer