26 oktyabr 2024. Şənbə

Futbol tarixində ilk


  • Transfer
  • 16:41 01.02.2023
  • Oxunma sayı: 167
Futbol tarixində ilk
İngiltərə klubları tarixdə ilk dəfə qış transferlərinə 1 milyard dollardan çox pul xərcləyiblər. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri yanvarda alınan oyunçular üçün ümumilikdə 1 milyard 3 milyon avroluq ödəniş ediblər.
 
Bu məbləğin 37 faizi “Çelsi”nin payına düşür."Zadəganlar" qışda yeni oyunçulara 398 milyon dollar xərcləyib.
 
Ümumiyyətlə, Premyer Liqa klubları qış transfer dönəmində oyunçu transferlərinə xərclədikləri məbləğə görə rekordu yeniləyiblər. Müqayisə üçün əlavə edək ki, 2022-ci ilin qış transferlərinə 362 milyon dollar xərclənib.
 
Qeyd edək ki, qış fasiləsinin ən bahalı transferi Entso Fernandes olub. Argentinalı yarımmüdafiəçi “Benfika”dan “Çelsi”yə 131 milyon avroya keçib.






Transfer