5 iyul 2026. Bazar günü

Zirə Portuqaliyadan futbolçu gətirir


  • Transfer
  • 16:00 02.02.2023
  • Oxunma sayı: 114
Zirə Portuqaliyadan futbolçu gətirir
“Zirə” qış transfer dönəmində daha bir futbolçunu heyətinə qatmağa hazırlaşır. Corner.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, “Pakoş Ferreyra”nın yarımmüdafiəçisi Abbas İbrahim karyerasını qəsəbə təmsilçisində davam etdirəcək.
 
25 yaşlı  oyunçu bakılılarla artıq anlaşıb. O, tezliklə yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək. İbrahim oyun praktikasından əziyyət çəkdiyi üçün “Pakoş Ferreyra”dan ayrılmaq istəyib və bunu rəhbərliyə bildirib.
 
Qeyd edək ki, Abbas İbrahim “Pakoş Ferreyra”nın yetirməsidi.






Transfer