26 oktyabr 2024. Şənbə

Qarabağ'ın istədiyi futbolçu Macarıstanda qaldı


  • Transfer
  • 23:05 02.02.2023
  • Oxunma sayı: 78
Qarabağ'ın istədiyi futbolçu Macarıstanda qaldı
"Qarabağ”ın qış fasiləsində transfer etmək istədiyi Frank Boli klubu “Ferensvaroş”da qalacaq. Corner.az xəbər verir ki, bunu Macarıstan klubunun icraçı direktoru Tamaş Haynal deyib.
 
O bildirib ki, 29 yaşlı hücumçu bir neçə klubun diqqət mərkəzində olsa da, təklifləri qəbul etməyib: “Boli bir neçə konkret təklif aldı. Lakin hamısından imtina etdi. Ona görə də, indiki duruma əsasən “Ferensvaroş”da qalacaq”.
 
Qeyd edək ki, 2019-cu ildən “Ferensvaroş”da çıxış edən Fil Dişi Sahilinin üzvü mövsümün sonunda azad agent kimi “Qarabağ”a keçidi istisna deyil.






Transfer