İngiltərənin 'Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa klubu “Stok Siti”nin müdafiəçisi Harri Suttarı transfer edib.
24 yaşlı futbolçu ilə 2028-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. “Lester Siti” bu transfer üçün “Stok Siti”yə 17 milyon avro ödəyib.
Avstraliya yığmasının üzvü peşəkar karyerasına “Dandi Yunayted”də başlayıb. O, 2016-cı ildən oynadığı “Stok Siti”də 70 oyuna 2 qol vurub. Futbolçu bu müddətdə “Ross Kaunti” və “Flitvud Taun”da icarədə də oynayıb. O, Avstraliya yığmasında 14 oyuna 6 qol vurub.
“Lester Siti” yarımmüdafiəçisi Mark Olbraytonla hücumçusu Ayose Peresi də icarəyə verib. Olbrayton “Vest Bromviç”, Peres isə “Betis”ə keçib. Hər iki futbolçu mövsümün sonunadək icarədə olacaq.