22 dekabr 2025. Bazar ertəsi

Serbiya millisinin üzvü Premyer Liqa klubunda


  • Transfer
  • 09:56 03.02.2023
  • Oxunma sayı: 108
Serbiya millisinin üzvü Premyer Liqa klubunda
“Fulhem” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İtaliyanın “Torino” klubunun yarımmüdafiəçisi Saşa Lukiçi transfer edib.
 
26 yaşlı yarımmüdafiəçi üçün 9.1 milyon avro ödənilib. Serbiya millisinin üzvü yeni klubu ilə 4.5 illik müqavilə bağlayıb.
 
“Partizan”ın yetirməsi olan Lukiç ölkəsində “Teleoptik”in də formasını geyinib. 2016-cı ildən “Torino”da çıxış edən serb futbolçu bu komandada 168 oyuna 14 qol vurub. 2017/18 mövsümündə “Levante”də də icarədə oynamış futbolçu, Serbiya millisində 35 oyuna 2 qol vurub.
 
“Fulhem” London “Arsenal”ından Sedrik Soaresi də heyətinə qatıb. O, bu mövsümün sonuna kimi icarəyə götürülüb. “Sportinq”in yetirməsi olan Sedrik, “Akademika”, “Sauthempton”, “İnter” kimi klubların da formasını geyinib. 2020-ci ildən “Arsenal”da olan 31 yaşlı futbolçu “topçular”ın heyətində meydana çıxdığı 59 oyunda 2 qol vurub, Portuqaliya yığmasında isə 11 oyunda 1 qola imza atıb.
 
“Fulhem” bu mövsümün əvvəlində “Brayton”dan icarəyə götürdüyü Şeyn Daffinin də transfer hüquqlarını alıb. Daffi bu klubla mövsümün sonunadək müqavilə bağlayıb. İrlandiyalı futbolçu peşəkar karyerasına “Everton”da başlayıb. O, “Bernli”, “Skantorp Yunayted”, “Yovil Taun”, “Blekbern” və “Seltik” kimi klubların da formasını geyinib. “Brayton”da 150 oyuna 9 qol vuran futbolçu bu mövsüm “Fulhem”də cəmi 5 matça çıxıb. 31 yaşlı mərkəz müdafiəçisi İrlandiya millisində 55 oyuna 7 qol vurub.

“Fulhem” üç futbolçusu ilə də yollarını ayırıb. 28 yaşlı yarımmüdafiəçi Nataniel Çaloba “Vest Bromviç”ə transfer olunub. Coş Onoma da azad agent kimi “Preston”a keçib. Fransadan olan yarımmüdafiəçi Antoni Nokar isə icarə əsasında “Haddersfild”ə üz tutub.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq