İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi İspaniya millisinin və İngiltərənin “Lids” klubunun müdafiəçisi Dieqo Lyorenteni heyətinə qatıb.
29 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. 6 aylıq icarə üçün “Lids”ə 500 min avro ödənilib.
Lyorente Madrid “Real”ının yetirməsidir. Həmin dövrdə “Rayo Valyekano” və “Malaqa”da icarədə olan müdafiəçi, 2017-ci ildə “Real Sosyedad”a satılıb – 11 milyon avroya. Müdafiəçi “Lids”ə 2020-ci ildə məhz “Real Sosyedad”dan 20 milyon avro qarşılığında keçib. O, Premyer Liqa təmsilçisində 59 oyuna 4 qol vurub, İspaniya millisində 10 oyun keçirib.