Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi Portuqaliyanın “Braqa” klubunun hücumçusu Vitinyanı heyətinə qatıb.
Mursel təmsilçisi bu transfer üçün “Braqa”ya 32 milyon avro ödəyib. 22 yaşlı forvardla müqavilə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. “Braqa”nın yetirməsi olan Vitinya bu klubun əsas komandasında meydana çıxdığı 67 oyunda 28 qol vurub.
Fransa klubu yarımmüdafiəçisi Pape Qeyeni də İspaniyanın “Sevilya” klubuna icarəyə verib. 24 yaşlı futbolçu bu mövsümün sonuna kimi La Liqa klubunda çıxış edəcək. “Havr”ın yetirməsi olan seneqallı oyunçu, İngiltərədə “Uotford”un da uğurları üçün çalışıb. O, 2020-ci ilin iyul ayından formasını geyindiyi Marsel “Olimpik”ində 100 oyuna 4 qol vurub.