- Transfer
- 18:40 23.11.2024
Müqavilə ilə “Atletiko”ya məxsus olan, ancaq mövsümün əvvəlində “Monako”ya icarəyə verilən Jelson Martins İspaniyanın “Marca” nəşrinə açıqlama verib.
Corner.az xəbər verir ki, portuqaliyalı hücumçu Madrid təmsilçisinə qayıtmaq istəmədiyini deyib: “Atletiko”ya qayıtmaq istəmirəm. Mənim xarakterimlə məşqçi heyətinin istəyi düz gəlmir. Dieqo Simeone də mənim fikrimi dəyişdirə bilməz”.
Qeyd edək ki, Martinsin Atletiko ilə müqaviləsinin müddəti iyunun 30-a qədərdir.