"Sabah”ın müdafiəçisi Hiqor Qabriel Ukraynanın “Lvov” klubuna icarəyə verilib. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, icarə müqaviləsinin müddəti 2023-cü il, iyunun 30-na kimidir.
Braziliyalı futbolçu ötən ilin fevral ayından “Sabah”ın üzvüdür. O, cari mövsümün ilk yarısında Belarusun “Dinamo” (Minsk) komandasında icarə əsasında çıxış edib.