- Transfer
- 21:53 26.11.2024
Fransanın PSJ klubu futbolçusu Lionel Messi ilə yeni müqavilə üçün danışıq aparıldığını rəsmən açıqlayıb.
Corner.az xəbər verir ki, Paris təmsilçisinin idman direktoru Luis Kampos 35 yaşlı hücumçunu komandada saxlamaqda maraqlı olduqlarını etiraf edib.
O, bildirib ki, tezliklə ortaq məxrəcə gələcəklərinə inanır: “Leo ilə yeni müqaviləni müzakirə edirik. Onun bizim layihənin bir parçası kimi burada davam etməsini istəyirik. Əgər Messi sözləşməni yeniləsə, buna yalnız şad olarıq. Ümid edirik ki, danışıqlar tezliklə müsbət yekunlaşacaq”.
Qeyd edək ki, argentinalı futbolçunun PSJ ilə müqavilə müddəti cari mövsümün sonuna qədərdir.