26 oktyabr 2024. Şənbə

La Liqa klubunda yeni futbolçular


  • Transfer
  • 22:27 05.02.2023
  • Oxunma sayı: 73
La Liqa klubunda yeni futbolçular
"Kadis” heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi “Luqo”nun hücumçusu Kris Ramosu transfer edib.
 
 26 yaşlı forvardla 2028-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. “Kadis” ispan futbolçu üçün aşağı liqa təmsilçisinə 1.5 milyon avro ödəyib. Ramos karyerası ərzində “Luqo”dan başqa “Badaxos”, “Sevilya” (B), “Valyadolid”, “San Fernando” və “Merkadal” kimi klubların da formasını geyinib.
 
“Kadis” Meksikanın “Amerika” klubundan Xorxe Mereni, “Valyadolid”dən isə Serxi Qvardiolanı da icarəyə götürüb. Sözügedən futbolçular 2023-cü ilin 30 iyununa kimi bu komandada forma geyinəcək.
 
 “Kadis” “Elçe”nin hücumçusu Rocer Martiniyi də icarəyə götürüb. İspaniyadan olan 32 yaşlı forvard bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb. O, “Elçe”də 15 oyuna 2 qol vurub.

 İspaniyalı hücumçu Alvaro Ximenes isə “Kadis”dən ayrılıb. 31 yaşlı futbolçu azad agent statusu alıb. 2020-ci ildən “Kadis”də çıxış edən forvard bu komandada cəmi 29 oyuna 3 qol vurub







Transfer