Fransanın “Olimpik” (Lion) klubu heyətinə yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi Braziliyanın “Botafoqo” klubunun hücumçusu Jeffinyonu transfer edib.
Fransa klubu bu keçid üçün “Botafoqo”ya 10 milyon avro ödəyib. 23 yaşlı forvardla 2027-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.
Jeffinyo “Botafoqo”da 26 oyuna 2 qol vurub. “Resende”nin yetirməsi olan braziliyalı hücumçu “Qama”da icarədə də oynayıb.
Lion “Olimpik”i müdafiəçisi Damien Da Silva ilə də yollarını ayırıb. Fransadan olan 34 yaşlı futbolçu Avstraliyanın “Melburn Viktoriya” klubuna keçib. 2021-ci ildən “Olimpik”də çıxış edən müdafiəçi bu komandada 29 matç keçirib. O, daha öncə “Renn”, “Kan”, “Klermon”, “Ruan”, “Şatoru” və “Nyor” kimi klubların da uğurları üçün çalışıb.
Lion təmsilçisi almaniyalı qapıçısı Yulian Pollersbeki də “Loryan”a icarəyə verib. 28 yaşlı qolkiperin bu mövsümün sonuna kimi Liqa 1-in digər klubunda forma geyinəcəyi açıqlanıb. Vaxtilə “Kayzerslautern” və “Hamburq”da da oynamış qapıçı “Olimpik”də cəmi 11 oyun keçirib.