26 oktyabr 2024. Şənbə

Mərakeş millisinin üzvü La Liqa klubunda


  • Transfer
  • 16:04 06.02.2023
  • Oxunma sayı: 90
Mərakeş millisinin üzvü La Liqa klubunda
İspaniyanın “Valyadolid” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi Belçikanın “Standard” (Lyej) klubunun yarımmüdafiəçisi Selim Amallanı heyətinə qatıb.
 
İspaniya klubu Mərakeş millisinin üzvü üçün “Standard”a 1 milyon avro ödəyiblər. 26 yaşlı futbolçu ilə müqavilə isə 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub.
 
Amalla Belçikada “Muskron” və “Tubize” klublarının da formasını geyinib. O, 2019-cu ildən formasını geyindiyi “Standard”da 97 oyuna 31 qol vurub. Yarımmüdafiəçi Mərakeş millisində də 30 oyuna 4 qol vurub.
 
“Valyadolid” İtaliyanın “Verona” klubundan Martin Honqlanı, Lissabon “Sportinq”indən isə Jovane Kabralı da icarəyə götürüb. Hər iki futbolçu bu mövsümün sonunadək icarəyə götürülüb. Honqlanın müqaviləsində satınalma da nəzərdə tutulub. 
 
“Valyadolid” yarımmüdafiəçisi Xuan Narvaesi “Leqanes”ə, hücumçusu Şon Veysmanı isə “Qranada”ya icarəyə verib. Onlar bu mövsümün sonunadək icarədə olacaqlar. Zuhair Feddal isə La Liqa klubundan birdəfəlik ayrılıb.






Transfer