26 oktyabr 2024. Şənbə

Qəbələ ilk transferini açıqladı


  • Transfer
  • 16:42 06.02.2023
  • Oxunma sayı: 73
Qəbələ ilk transferini açıqladı

“Qəbələ” qış transfer dönəmində ilk keçidini rəsmiləşdirib.

Corner.Az-ın məlumatına görə, “qırmızı-qaralar” Mərakeş əsilli belçikalı futbolçu Əyyub Allaşla müqavilə imzalayıblar.

25 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisi ilə 2024-cü ilin yayınadək nəzərdə tutulan sözləşməyə qol çəkib. Onun son klubu Belçika “Virton”u olub.

Qeyd edək ki, Əyyub Allaş karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da çıxış edib. Futbolçu 2015-ci ildə Mərakeşin U-20 millisinin heyətində oyun keçirib.







Transfer