5 iyul 2026. Bazar günü

Karluş Keyruş Qətər millisinə baş məşqçi təyin olundu


  • Transfer
  • 14:53 07.02.2023
  • Oxunma sayı: 128
Karluş Keyruş Qətər millisinə baş məşqçi təyin olundu

Futbol üzrə Qətər yığmasının baş məşqçisi müəyyənləşib.

Corner.Az xəbər verir ki, Qətər Futbol Assosiasiyası portuqaliyalı mütəxəssis Karluş Keyruş ilə müqavilə imzalayıb. K.Keyruş ilə 2026-cı ilədək razılıq əldə olunub.

Mütəxəssis dünya çempionatından sonra vəzifəsindən ayrılan Feliks Sançesi əvəzləyib. Altmış doqquz yaşlı Keyruşun son iş yeri isə İran yığması olub. O da Qətərdə keçirilən mundialda İran millisinə rəhbərlik edib. Keyruş daha əvvəllər Misir, Kolumbiya, Portuqaliya, CAR və BƏƏ yığmalarında da rəhbərlik edib.







Transfer