26 oktyabr 2024. Şənbə

Super Liqa klubunda bir ayrılıq, bir yeni futbolçu


  • Transfer
  • 16:40 07.02.2023
  • Oxunma sayı: 70
Super Liqa klubunda bir ayrılıq, bir yeni futbolçu
“İstanbulspor” heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi Polşanın “Krakoviya” klubunun yarımmüdafiəçisi Florian Loşayı transfer edib.
 
Azad agent statusuna malik 26 yaşlı futbolçu ilə müqavilə 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub.
 
Belçikanın “Genk” klubunun yetirməsi olan Kosovo yığmasının üzvü “Maastrixt”, “Roda”, “Politexnika Yaşi” kimi klublarda da forma geyinib. 2020-ci ildən “Krakoviya”da çıxış edən yarımmüdafiəçi bu komandada 80 oyuna 4 qol vurub. O, Kosovo millisində də 17 oyun keçirib.
 
“İstanbulspor” Bosniya və Herseqovinadan olan yarımmüdafiəçisi Aldin Çayiçlə də yollarını ayırıb. 30 yaşlı futbolçuya azad agent statusu verilib. 2017-ci ildən bu klubda forma geyinən yarımmüdafiəçi 125 oyuna çıxıb, 27 qol vurub. O, “Tuzlaspor”, “Teplitse”, “Dukla” (Praqa) və “Elazığspor” kimi klublarda da oynayıb.






Transfer