"Roma”nın futbolçusu Nikolo Zaniolonun karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib. Corner.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Qalatasaray”la anlaşıb.
Klublar arasında danışıqlar artıq müsbət başa çatıb. İtaliya millisinin üzvü tibbi müayinədən keçmək üçün bu gün İstanbula yollanacaq. Bu transfer bonuslarla birlikdə paytaxt klubuna 20 milyon avro qazandıracaq. Zaniolo isə “sarı-qırmızılılar”la 4,5 illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, Nikolo Zaniolo 2018-ci ildən bəri “Roma”da çıxış edib.