1 aprel 2026. Çərşənbə

Premyer Liqa klubu baş məşqçisiz qaldı


  • Transfer
  • 10:07 08.02.2023
  • Oxunma sayı: 116
Premyer Liqa klubu baş məşqçisiz qaldı
“Lids” baş məşqçisi Cessi Marşı istefaya göndərib. Corner.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
49 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də istefaya göndəriliblər.
 
ABŞ-dan olan çalışdırıcının istefaya göndərilməsinə cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Lids” bu mövsüm Premyer Liqada keçirdiyi 20 oyunda cəmi 18 xal toplayıb və 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.
 
Marş 2022-ci ilin fevral ayından “Lids”ə rəhbərlik edirdi. O, bu komandanı 37 oyuna (11 qələbə, 10 heç-heçə, 16 məğlubiyyət) çıxarıb.






Transfer