27 noyabr 2024. Çərşənbə

Fransa klubu erməniyə tapşırıldı


  • Transfer
  • 16:29 08.02.2023
  • Oxunma sayı: 84
Fransa klubu erməniyə tapşırıldı
“Monpelye”nin yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, Romen Pito ilə yollarını ayıran Liqa təmsilçisi onu Mişel Ter-Zakaryanla əvəzləyib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rəsmi açıqlamada müqavilənin müddəti barədə məlumat verilməsə də, Fransa mətbuatı tərəflərin mövsümün sonuna kimi anlaşdığını yazıb.
 
Ter-Zakaryan 2017-2012-ci illərdə də bu komandada baş məşqçi kimi çalışıb. Komanda vaxtilə onun rəhbərliyi altında 161 oyun keçirib, 62 qələbə qazanıb, 54 heç-heçə edib, 45 məğlubiyyətə üzülüb. 59 yaşlı məşqçi karyerası ərzində “Nant”, “Klermon”, “Reyms” və “Brest”ə də rəhbərlik edib.
 
“Monpelye” bu mövsüm 22 oyuna topladığı 20 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.






Transfer