26 oktyabr 2024. Şənbə

Türkiyə çempionundan BƏƏ klubuna


  • Transfer
  • 15:53 09.02.2023
  • Oxunma sayı: 98
Türkiyə çempionundan BƏƏ klubuna
“Trabzonspor” hücumçusu Djanini Semedonu icarəyə göndərib. Corner.az xəbər verir ki, 31 yaşlı forvard Birləşmiş Ərəb Əmirliklərinin “Şarja” klubuna keçib.
 
Ərəblər  Kabo Verde millisinin üzvü üçün bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüblər. Mövsümün sonunda BƏƏ klubu trabzonlulara 1.5 milyon avro ödəməklə futbolçunun transfer hüquqlarını da ala bilər.
 
Semedo 2020-ci ildən “Trabzonspor”un uğurları üçün çalışırdı. O, bu komandada 94 oyuna 20 qol vurub. Futbolçu daha öncə “Əl-Əhli”, “Santos Laquna”, “Nasyonal” (Madeyra), “Olhanense”, “Benfika” və “Unian Leyriya” klublarında da forma geyinib, yığmada 35 oyuna 7 qol vurub.






Transfer