Meksika millisinin yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, bu post Dieqo Kokkaya həvalə olunub.
Maraqlıdı ki, argentinalı mütəxəssis yanvarın 1-də Meksikanın “Tiqres” klubunun sükanı arxasına keçib. Lakin o, daha sonra Meksika yığmasında işləmək istədiyini rəhbərliyə bildirib. Bu üzdən “Tiqres” cəmi bir ay sonra Kokka ilə yollarını ayırıb. 50 yaşlı çalışdırıcı Meksika Futbol Federasiyası ilə müqavilə imzalayıb.
Qeyd edək ki, ötən il keçirilən DÇ-2022-dən sonra Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib.