5 iyul 2026. Bazar günü

Sampdoriya'dan İstanbul nəhənginə


  • Transfer
  • 10:51 10.02.2023
  • Oxunma sayı: 108
Sampdoriya'dan İstanbul nəhənginə
“Beşiktaş” heyətinə daha bir futbolçu cəlb edib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi  İtaliyanın “Sampdoriya” klubunun müdafiəçisi Omar Kolli ilə güclənib.
 
30 yaşlı mərkəz müdafiəçisi ilə 2.5+1 illik müqavilə imzalanıb. "Qara qartal"lar Qambiya yığmasının üzvü üçün İtaliya klubuna 2.3 milyon avro ödəyiblər.
 
Kolli 2018-ci ildən oynadığı “Sampdoriya”da 136 oyuna 3 qol vurub. O, “Genk”, “Yurqorden”, “KuPS”, “Real” (Banjul) və “Uollidan” kimi klubların da formasını geyinib, Qambiya yığmasında 41 matç keçirib.






Transfer