26 oktyabr 2024. Şənbə

Sabah'ın istədiyi hücumçunun yeni klubu


  • Transfer
  • 10:56 10.02.2023
  • Oxunma sayı: 81
Sabah'ın istədiyi hücumçunun yeni klubu
Qış fasiləsində “Sabah”ın transfer gündəmində yer alan futbolçu Xese Rodrigesin yeni komandası müəyyənləşib. Corner.az xəbər verir ki, “Real” və PSJ-nin sabiq hücumçusu karyerasını İtaliyada davam etdirəcək.
 
30 yaşlı forvard “Sampdoriya” ilə anlaşıb. Hazırda Genuyada olan ispaniyalı oyunçu tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə müqavilə imzalayacaq. Xesenin A seriyası təmsilçisi ilə sözləşməsi mövsümün sonuna qədər nəzərdə tutulacaq.
 
Qeyd edək ki, Xese Rodriges ötən ay “Ankaragücü”dən ayrılaraq azad agent statusuna yiyələnib.






Transfer