- Transfer
- 22:00 05.12.2025
Səbail'dən ayrılan Ruslan Qurbanov Keşlə'yə keçib.
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, R.Qurbanov daha əvvəl "Neftçi", "Sumqayıt" və "Qəbələ"də də çıxış edib. O, ötən mövsüm "Səbail"in heyətində 24 oyuna 3 qol vurub, 4 məhsuldar ötürmə verib.
Xatırladaq ki, "Keşlə" bundan əvvəl qapıçı Rəşad Əzizlini də heyətinə cəlb edib.