"Ankaragücü"dən ayrılan Xese Rodriqes karyerasını İtaliyada davam etdirəcək. Corner.az xəbər verir ki, 29 yaşlı hücumçu bundan sonra “Sampdoriya”nın uğurları üçün çalışacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. A Seriyası komandası onunla mövsümün sonuna qədər müqavilə imzalayıb. "Sampdoriya" Xeseni azad agent kimi heyətinə qatıb. 29 yaşlı futbolçu ilə müqavilənin müddəti yayda daha 1 il uzadıla bilər.
Mövsümün əvvəlindən Türkiyədə çıxış edən Xese cari mövsümdə “Ankaragücü”nün heyətində 16 matçda 2 qol vurub. O, karyerası ərzində “Real”, “Las Palmas”, “Betis”, PSJ, “Sportinq”, “Stok Siti” kimi klubların da fromasını geyinib.
Xatırladaq ki, Xese Rodriqesin xidmətində bu qış fasiləsində Azərbaycanın "Sabah" klubu da maraqlı idi.