“Neftçi”nin sabiq futbolçusu Mateo Mujek karyerasını Ermənistanda davam etdirəcək. Corner.az xəbər verir ki, 27 yaşlı müdafiəçi bu ölkənin "Alaşkert" klubu ilə anlaşıb.
Tərəflər müddəti bu mövsümün sonuna kimi nəzərdə tutulmuş müqaviləyə imza atıblar.
Xorvatiyalı oyunçu 2017/18 mövsümündə “Neftçi”də çıxış edib. Həmin vaxt o, paytaxt təmsilçisində cəmi 3 matça çıxıb. Xorvatiyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış futbolçu, “Hrvatski Draqovolyaç”, “Qoritsa”, “Zavrç”, “Rudar”, “Şaxtyor” (Karaqanda), “Sent Mirren”, “Şerif” (Tiraspol), “AE Larissa”, “Radomlye”, “Kızıljar” kimi klubların formasını geyinib.