5 dekabr 2025. Cümə

Rauf Əliyev Neftçi'də


  • Transfer
  • 18:13 10.06.2019
  • Oxunma sayı: 463
Rauf Əliyev Neftçi'də

Neftçi növbəti transferini reallaşdırıb.

Corner.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Rauf Əliyev 1 illik müqaviləyə imza atıb.Təcrübəli hücumçu komandanın heyətində 19 nömrəli formanı geyinəcək.

Bunadək “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014), “İnter” (2015-2017), “Kukesi” (Albaniya, 2017-2018), “Qəbələ” (2018-2019) klublarında çıxış etmiş Rauf Əliyev 2015-ci ildə “Neftçi”nin heyətində 11 oyunda meydana çıxıb. 2009-cu və 2019-cu illərdə Azərbaycan Kubokunun qalibi olub. Milli komandanın heyətində 45 oyun keçirib, 7 qol vurub.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl serbiyalı müdafiəçi Voislav Stankoviçlə 2 il müddətinə müqavilə bağlayıb.







Transfer