26 oktyabr 2024. Şənbə

Səbail serb futbolçu ilə gücləndi


  • Transfer
  • 21:18 11.02.2023
  • Oxunma sayı: 86
Səbail serb futbolçu ilə gücləndi
"Səbail” PFK Macarıstanın “Uypeşt” komandasından icarə əsasında Matiya Lyuyiçi heyətinə cəlb edib. Corner.az xəbər verir ki, bu barədə paytaxt klubu məlumat yayıb.
 
Serbiyalı yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə bağlanıb.

“Dənizçilər” 30 yaşlı pleymeykerə qədər qış fasiləsində heyətini David Qomislə gücləndirib, Adil Nağıyevi isə icarədən qaytarıb.

Qeyd edək ki, Serbiyada “Teleoptik” klubunun yetirməsi olan Matiya Lyuyiç karyerası ərzində “Partizan”, “Mladost”, “Jalgiris” (Litva), “Vellinqton Feniks” (Avstraliya), “Belenenseş” (Portuqaliya, “Qanqvun” (Cəbubi Koreya), “Bney Yehuda” və Hayfa “Hapoel”inin (hər ikisi İsrail) formasını geyinib.






Transfer