26 oktyabr 2024. Şənbə

Sauthempton Qarabağ'ın sabiq məşqçisinə tapşırıldı


  • Transfer
  • 19:57 12.02.2023
  • Oxunma sayı: 86
Sauthempton Qarabağ'ın sabiq məşqçisinə tapşırıldı
İngiltərənin “Sauthempton” klubu baş məşqçisi Neytan Consla yollarını ayırıb. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.
 
Komanda müvəqqəti olaraq daha əvvəl Azərbaycanda da işləmiş ispaniyalı Ruben Sellesə tapşırılıb. 40 yaşlı mütəxəssis 2022-ci ildə də bir müddət Premyer Liqa təmsilçisinə rəhbərlik edib. 
 
Cons ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. “Sauthempton” 22 turdan sonra 15 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb.
 
Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirib.






Transfer