26 oktyabr 2024. Şənbə

Şotlandiya klubunu Qarabağ'a dəyişir?


  • Transfer
  • 12:26 13.02.2023
  • Oxunma sayı: 185
Şotlandiya klubunu Qarabağ'a dəyişir?
“Reyncers”in müdafiəçisi Ceyms Tavernierin karyerasını “Qarabağ”da davam etdirməsi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Corner.az xəbər verir ki, Britaniya mətbuatı Azərbaycan çempionunun 31 yaşlı oyunçu üçün israrını davam etdirdiyini yayıb.
 
Ağdam təmsilçisi sağ cinah oyunçusunu qış fasiləsində transfer etməyə çalışsa da, danışıqlar müsbət başa çatmayıb. Buna baxmayaraq, “Köhlən atlar” ingiltərəli futbolçunu mövsümün sonunda yenidən heyətə qatmaq üçün əl çəkmədiyi bildirilib. Şotlandiya klubu ilə müqavilə müddəti 2026-cı ilin yayına qədər olan Tavernierin transfer qiyməti 3 milyon avroya yaxın  göstərilir.
 
Qeyd edək ki, Ceyms Tavernier 2015-ci ildən “Reyncers”də çıxış edir.






Transfer