5 oktyabr 2026. Bazar ertəsi

Mahir Emrelinin Konyaspor'a keçidinin detalları bilindi


  • Transfer
  • 12:30 13.02.2023
  • Oxunma sayı: 165
Mahir Emrelinin Konyaspor'a keçidinin detalları bilindi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Türkiyə "Konyaspor"una transferinin detalları bəlli olub.

Corner.az yerli mətbuata istinadən xəbər verir ki, Konya təmsilçisi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasından icarəyə götürdüyü 25 yaşlı hücumçu ilə münasibətlərini rəsmiləşdirib.

İddiaya görə, Emreli ilə cari mövsümün sonunadək müqavilə imzalayan Super Liqa klubu ölkədəki zəlzələ ilə əlaqədar keçidi sosial şəbəkə hesablarından açıqlamayacaq.

Eyni zamanda forvardın "Konyaspor"dakı  çıxışı uğurlu olacağı halda rəhbərlik onu yayda birdəfəlik transfer edəcək.

Qeyd edək ki, Mahir Emrelinin "Dinamo" ilə 2026-cı ilin iyununa kimi müqaviləsi var.







Transfer