“Fulhem” müdafiəçisi Kevin Mbabunu icarəyə verib. Corner.az xəbər verir ki, 27 yaşlı futbolçu bundan sonra İsveçrənin “Servett” klubunun uğurları üçün çalışacaq.
İsveçrə millisinin üzvü bu mövsümün sonunadək icarədə oynayacaq.
Mbabu məhz “Servett”in yetirməsidir. O, bu klubdan ayrılandan sonra “Nyukasl”, “Reyncers”, “Yanq Boyz” və “Volfsburq” kimi klubların da formasını geyinib. Müdafiəçi 2022-ci ilin yayında 5.6 milyon avro qarşlığında transfer olunduğu “Fulhem”də cəmi 5 oyun keçirib. O, İsveçrə millisində də 22 oyunda forma geyinib.