22 dekabr 2025. Bazar ertəsi

Zirə'nin futbolçusu Səbail'də


  • Transfer
  • 14:47 14.02.2023
  • Oxunma sayı: 97
Zirə'nin futbolçusu Səbail'də
“Zirə”nin yarımmüdafiəçisi İlkin Muradovun yeni komandası rəsmən müəyyənləşib. Corner.az xəbər verir ki, paytaxt təmsilçisi 26 yaşlı futbolçunun “Səbail”ə keçdiyini açıqlayıb.
 
U-21 yığmamızın sabiq üzvü autsayderlər zonasında qərarlaşan “Səbail”ə mövsümün sonuna qədər icarəyə verilib. İlkin “Zirə”nin qış fasiləsində yola saldığı 4-cü oyunçu olub. Ona qədər Ramin Əhmədov, Təmkin Xəlilzadə və Nemanya Andelkoviç qəsəbə təmsilçisi ilə vidalaşıb.
 
Qeyd edək ki, İlkin Muradov 2017-ci ildən “Zirə”nin formasını geyinib.
 






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq