Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Konyaspor”a transferi rəsmiləşib. Corner.az xəbər verir ki, Türkiyə klubu 26 yaşlı forvardın keçidini rəsmi saytı vasitəsilə açıqlayıb.
Bildirilib ki, Emreli mövsümün sonuna qədər Zaqreb “Dinamo”sundan icarəyə götürülüb. Həm Emrelinin, həm də digər yeni transferlərin təqdimat mərasimi yaxın günlərdə klubun stadionunda təşkil olunacaq.
Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə sözləşməsi 2026-cı ilə qədərdi. “Konyaspor” onu yayda birdəfəlik transfer etmək hüququna malik olacaq.